Türkiyə futbolunda gülünc hadisə baş verib.
Qaziler.az bildirir ki, Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsi bu gün 3-cü liqada keçiriləcək oyunlara hakim təyin etməyi unudub.Bu səbəbdən komitə dünən təcili yığılaraq təyinatları açıqlayıb.
Əsasən oyunların keçiriləcəyi stadionlara yaxın yaşayan hakimlərə üstünlük verilib.