Millimizin oyunçusunun statusu ləğv edildi

Millimizin oyunçusunun statusu ləğv edildi backend

"Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə superliqasında yerli oyunçu statusundan məhrum edilib. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu, onun millimizin heyətində DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda rəsmi debütündən sonra baş verib.


Bununla da "Bursaspor"da əcnəbi oyunçuların sayı 9-a yüksəlib.

Bursa təmsilçisi D.Yılmaza qədər ölkə çempionatında heyətində ən az legioner futbolçusu olan komanda idi. Hazırda isə klubun heyətində "Kayserispor" və "Akhisar Bələdiyyəspor"la eyni sayda əncəbi oyunçu var.

Qeyd edək ki, D.Yılmaz Şimali İrlandiya ilə oyunun 46-cı dəqiqəsində meydana daxil olub.
Diaspora