Taekvondoçumuz mundialda bürünc medal qazandı

Taekvondoçumuz mundialda bürünc medal qazandı backend

Kanadanın Burnabı şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışın ilk gününü medalla başa vurub.


45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli Nikolas Delayeni (Qvadelupe) 14:0, Omar Şarakini (Misir) 7:1, Rabil Saqitjanovu (Qazaxıstan) 14:4 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Lakin həmyerlimiz finala gedən yolda Çin Taypeyini təmsil edən Çanq Çenq-Çun səddini keçə bilməyib. O, gərgin keçən döyüşdə qızıl xalla uduzaraq, bürünc medalla kifayətlənib.

Digər idmançılarımız Cavid Məmmədov (48 kq), Mehriban Məmmədova (42 kq) və Aliyə Zeynalova (44 kq) 2-ci mərhələdə uduzublar.

Qeyd edək ki, yarışa 102 ölkədən 846 taekvondçu qatılıb. Azərbaycan isə Kanadaya 14 idmançı ilə yollanıb.
Diaspora