“Xəzər Lənkəran“ “Neftçi“yə, “Qarabağ“ AZAL-a qarşı

“Xəzər Lənkəran“ “Neftçi“yə, “Qarabağ“ AZAL-a qarşı backend

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, turun bütün oyunları bu gün baş tutacaq.

Premyer Liqanın lideri "Qarabağ" bu tur evdə AZAL-ı sınağa çəkəcək. Son iki turda xal itirən Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmağa çalışacaq. AZAL-ın rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Sumqayıtda isə autsayderlər - "Sumqayıt" və "Bakı" münasibətlərinə aydınlıq gətirəcəklər. "Bakı" bu görüşdə qalib gələcəyi təqdirdə rəqibi ilə arasındakı xal fərqini azaldacaq. Lakin "Sumqayıt"ın doğma meydanda oynaması "Bakı"nın işini çətinləşdirə bilər.

Turun mərkəzi qarşılaşması Lənkəranda keçiriləcək. Burada əzəli rəqiblər - "Xəzər Lənkəran" və "Neftçi" üz-üzə gələcək. "Xəzər Lənkəran" cari mövsüm uğursuz çıxışı ilə diqqət çəksə də, doğma meydanda əzəli rəqibini məğlub etməyə çalışacaq. Çempionluq uğrunda mübarizə aparan "Neftçi"ni bu görüşdə yalnız qələbə qane edəcək.

Tura "Qəbələ" - "Simurq" oyunu ilə yekun vurulacaq. Avrokuboklara vəsiqə uğrunda yarışan komandaların turnir cədvəlinin qonşu pillələrində qərarlaşması da oyuna olan marağı artırır. "Qəbələ" doğma meydan amilindən maksimum yararlanmağa çalışacaq. Bu matçın start fiti saat 19:00-da veriləcək.

Diaspora