Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, Orion İdman Klubunun idmançısı "Qızıl Qurd” ləqəbli Bəhram Rəcəbzadə Almaniyanın Köln şəhərində 19 noyabr 2016-cı il tarixində dünya kəməri uğrunda döyüşə çıxacaq.
Bu barədə məlumatı Orion İdman Klubunun baş məşqçisi Müşfiq Hüseynli verib: "Döyüşə tam hazırıq. Neçə zaman idi ki, ciddi məşqlər gedirdi. İnanırıq ki, vətənə dünya kəməri ilə qayıdacağıq. Bəhram güclü idmançıdır və özünə inanır. Xüsusilə, bizə dəstək göstərdiyinə görə, Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyevə, həmçinin bizimlə çiyin-çiyin məşqlər keçən dərin təcrübələrini bölüşdüyü üçün federasiyanın peşəkarlar üzrə baş məşqçi Çingiz Hüseynova öz təşəkkürümü bildirirəm”.