FHN-in İdman-sağlamlıq klubu şahmat çempionatı keçirib. Klubdan Lent.az-a verilən məlumata görə, yanvarın 26-30-da nazirliyin qurumları arasında şahmat üzrə çempionat təşkil olunub.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 26 komandadan 80-ə yaxın idmançı iştirak edib, yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilib. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.Beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmovun hakimi olduğu çempionatda yığılan xalların ümumi miqdarına görə, qalib komanda və şəxslər müəyyən olunub. Belə ki, komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 2-ci yeri FHN-nin Akademiyası, 3-cü yeri isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutub.
Şəxsi hesabda qaliblər belə müəyyən olunub:
- 1-ci yer - Ayaz Hüseynov (“İzotop” xüsusi kombinatı);
- 2-ci yer - Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi);
- 3-cü yer - Zəfər Teymurov (Maddi-Texniki Təchizat İdarəsi).
Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif ediliblər.