İsveç millisinin və PSJ-nin futbolçusu Zlatan İbrahimoviçin adına yeni axtarış sistemi istifadəyə verilib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbər görə, "Google"nin nəzarəti altında fəaliyyət göstərən sayt Zlaaatan.com adlanır. Axtarış sistemində ancaq İbrahimoviçə aid məlumatlar, şəkillər, videolar yer alıb.Layihəni həyata keçirən "SweetPop" agentliyidir. Agentliyin direktoru Andreas Killander bu barədə deyib: "Zlatan dünya futbolunun ən çox sevilən oyunçularındandır. Onun barəsində hər gün dünyanın müxtəlif ölkələrində minlərcə insan məlumat toplayır. Buna görə də bu layihədə məhz onu seçdik. Bu axtarış sistemində başqa bir insanın adı yazılsa belə, ancaq İbrahimoviçlə bağlı xəbərlər çıxacaq".
A.Killander onu da qeyd edib ki, bu layihəni İbrahimoviçə xəbər etmədən həyata keçiriblər: "Bununla bağlı İbrahimoviçdən razılıq almamışıq. Amma ümid edirik ki, bu ideyamız onun xoşuna gələcək”.