Azərbaycan millisi səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşır

Azərbaycan millisi səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşır backend

Bu gün 2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin dördüncü turu çərçivəsində Azərbaycan millisi səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

AzərTAc xəbər verir ki, UEFA qarşılaşmanı Fransadan olan hakimlər briqadasına həvalə edib. Matçın baş hakimi Kleman Turpen olacaq. Ona həmyerliləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.

Şimali İrlandiya-Azərbaycan oyunu Belfastdakı "Uindzor Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Seçmə mərhələnin üçüncü turundan sonra Azərbaycan milli komandası 7 xalla qrupda Almaniyadan sonra ikinci sırada qərarlaşıb. Hər üç oyunu qələbə ilə başa vuran Almaniya maksimum nəticə ilə qrupda liderlik edir. Şimali İrlandiya yığması 4 xalla üçüncü, Norveç isə 3 xalla dördüncüdür. Qrupun favoritlərindən hesab olunan Çexiya yığması üç oyundan iki xal toplayaraq beşinci sıradadır. Qrupda sonuncu pillədə isə hər üç oyunda məğlub olan San-Marino millisi qərarlaşıb.
Diaspora