"Azərbaycanla görüşdə komandama kömək edə bilməyəcəyim üçün təəssüflənirəm. Amma komandaya dəstək olacam".
Qaziler.az-ın məlumatına görə, bunu Şimali İrlandiya millisinin üzvü Ceymi Uord DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.Zədə səbəbindən sabahkı oyunu buraxmalı olan hücumçu yerli mətbuata açıqlamasında onu əvəzləyəcək futbolçuların olduğunu bildirib:
"Yığmamızda hücumçu problemi yoxdur. Kayl Lafferti son vaxtlar çox oynamasa da, yaxşı bilir ki, komandada möhkəmlənmək üçün Azərbaycanla görüşdə qol vurmalıdır. San Marino ilə son görüşdə olduğu kimi, hamımız ondan qol gözləyirik. Komandamıza inanıram. Ümid edirəm ki, qələbə sevinci yaşayacağıq. Bu qələbə sayəsində ikinci pilləyə yüksələ bilərik.Azərbaycana mütləq qalib gəlməliyik. Avropa çemopionatından sonra dünya çempionatına da yollanmaq möhtəşəm olar. Bu baxımdan Azərbaycanla oyun çox vacibdir”.
Qeyd edək ki sabah "Vindzor Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.