"Qarabağ"ın Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Simurq"u qəbul edəcəyi stadion müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi rəqibini "İnter"ə məxsus olan "İnter Arena"da qəbul edəcək.Daha öncə ev oyunlarını "Bakcell Arena"da keçirən "Qarabağ" bu dəfə məkanı dəyişməli olub. Həmin gün "Neftçi" kubokun yarımfinal mərhələsinin ilk oyununda "Bakcell Arena"da "İnter"lə qarşılaşacağından, "Qarabağ" süni örtüklü "İnter Arena"nı seçmək məcburiyyətində qalıb.
Qeyd edək ki, aprelin 13-də keçiriləcək "Qarabağ" - "Simurq" oyunu saat 18:00-da başlayacaq.