Məsut Özil Çempionlar Liqasında “həftənin oyunçusu” seçilib

Məsut Özil Çempionlar Liqasında “həftənin oyunçusu” seçilib backend

İngiltərənin “Arsenal” klubunun türk əsilli alman oyunçusu Məsut Özil UEFA Çempionlar Liqasının 4-cü həftəsinin “ən yaxşı oyunçusu” seçilib.

Qaziler.az-ın məlumatına görə, AZƏRTAC Çempionlar liqasının internet səhifəsinə istinadla xəbər verir ki, “Arsenal” klubunun səfərdə “Ludogorets” komandası üzərində 3:2 hesablı qələbə qazandığı oyunda bir qol vuran və bir məhsuldar ötürmə edən Məsut Özil azarkeşlərin 26 faizinin səsini qazanıb. Beləliklə də o, Gareth Bale (17 faiz), Robert Lewandowski (17 faiz), Radamel Falcao (15 faiz), Kevin De Bruyne (13 faiz), Antoine Griezmann (10 faiz), Gonzalo Higuain (2 faiz) və Adrian Ramosu (1 faiz) qabaqlayaraq “həftənin oyunçusu” adına yiyələnib.

Cari mövsümdə keçirilən 14 oyunda 7 qol vuran və 4 məhsuldar ötürmə edən 28 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında 4 qolun və 2 məhsuldar ötürmənin müəllifidir.
Diaspora