Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.
Qaziler.az Missiya.Az-a istinadən xəbər verir ki, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçirilib.Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni döyüşçü Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov qarşılaşmanın ilk dəqiqələrindən ermənidən güclü oduğunu nümayiş etdirib və elə 1-ci raundda onu nakauta salaraq qələbə qazanıb.
Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.
Bu, birinci dəfə deyil ki, X.Əhmədov erməni döyüşçü üzərində qələbə qazanır. O, ötən il Tiflisdə keçirilən Dünya Kuboku turnirində də erməni döyüşçü Q.Koçaryanı nakautla məğlubiyyətə uğratmşdı.