Slovakiya V divizionununda keçirilən “Nijna” – “Tatra” oyunundan əvvəl maraqlı hadisə baş verib.
Qaziler.az Qol.az-a istinadən bildirir ki, meydan sahiblərinin futbolçusu Lyubomir Vajeçka oyuna az qalmış baş hakimə evlilik təklif edib.O, sevgilisi olan Petra Lepaçkovanın qarşısında diz çöküb. Lepaçkova isə futbolçunun təklifinə razılıq cavabı verib.
Qeyd edək ki, matç "Nijna"nın qələbəsi ilə yekunlaşıb - 3:1.