Bəzi xarici xəbər portallarında 2017-ci ildə Bakıda keçiriləcək "Formula-1” Avropa Qran Prisinin ləğv olunması ilə bağlı informasiyalar yayılıb. Bəs informasiya nə qədər doğrudur?
Məsələ ilə bağlı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və "Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarai Modern.az-a açıqlama verib.
Nigar Arpadai bildirib ki, bu məlumat həqiqətə uyğun deyil, bizim hazırlıqlar planı üzrə davam edir.