Çempionlar Liqasında F qrupunda Leqa Varşava ilə Real Madrid arasında uzun zaman unudulmayacaq və tarixə keçəcək bir oyun baş tutub. BakiPost.az xəbər verir ki,Varşavada tamaşaçısız keçirilən və Real Madridin 35-ci dəqiqədə 2-0 önə keçdiyi oyunda hesab 3-3 olub. 1-ci dəqiqədə Beyl ilə önə keçən Real Madrid, 35-ci dəqiqədə Benzema ilə fərqi ikiyə çıxardıb.
40-cı dəqiqədə Ofoe ilə hesabı 2-1 edən Polşa komandası, 58-ci dəqiqədə Radovic ilə bərabərlik qolunu vurub.83-cü dəqiqədə Moulinin qolu ilə Leqa Varşava oyunda önə keçib. Real Madrid son dəqiqələrdə Kovaçiçin qolu ilə məğlubiyyətdən qurtula bilib. Bu bərabərliklə Real Madrid xallarının sayını 8-ə yüksəldib. Leqa Varşava isə ilk xalını qazanıb.