"Azərbaycan yığması ilə oyun çox ağır olacaq".
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil noyabrın 11-də Belfastda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yerli Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.Təcrübəli mütəxəssis Azərbaycan yığmasının seçmə mərhələyə yaxşı başladığını xatırladıb: "Rəqib bir top belə buraxmadan 9 mümkün xaldan 7-ni toplayıblar. Onlar hücum futbolu sərgiləyən yox, mütəşəkkil çıxış edən komandadır. Əvvəlki 3 oyununa baxdıqda, Azərbaycan millisi ilə qarşılaşmanın çox çətin keçəcəyini gözləyirik".
Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Britaniyalıların ilk 3 turdan sonra 4 xalı var.