Fransanın "Reims" klubunun baş məşqçisi Jan-Lyuk Vasser istefaya göndərilib.
Qol.Az-ın "L`Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə qərar klub rəhbərliyinin bu gün keçirilən iclasından sonra qəbul olunub.Komandanın son turlardakı çıxışından narazı qalan rəhbərlik 46 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Komandanın baş məşqçi vəzifəsinə kimin gətiriləcəyi hələlik məlum deyil.
Qeyd edək ki, "Reyms" Fransa Liqasında geridə qalan 31 turdan sonra 35 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.