Mourinyo cəzalandırıla bilər

Mourinyo cəzalandırıla bilər backend

İngiltərə Futbol Assosiasiyası (FA) “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyonu Entoni Teylor adlı hakimə təzyiq göstərməkdə günahlandırır.

Qaziler.az-ın məlumatına görə, XəzərXəbər qurumun rəsmi saytına istinadla xəbər verir ki, buna səbəb portuqaliyalı çalışdırıcının hakimin ünvanına ifadə işlətməsi olub. Hazırda baş məşqçi oktyabrın 31-dək ona qarşı qaldırılan ittihamlara cavab verməlidir. Əks təqdirdə o, bir neçə oyunluq cəza və müvafiq məbləğdə pul cəriməsi ödəməli olacaq.

Hadisə isə oktyabrın 14-də keçirilmiş “Liverpul”–“Mançester Yunayted” matçında yaşanıb. Həmin vaxt portuqaliyalı mütəxəssis oyunu idarə edən hakimə fikrini bildirib. Bu da sonradan futbol qurumu tərəfindən bir təzyiq kimi qələmə verilib.

İstənilən halda, İngiltərə Futbol Assosiasiyasının qaydalarına əsasən, oyun vaxtı vəzifəli şəxslərə fikir və şərh bildirmək qadağandır. Üstəlik, belə addımlar təhdidedici və təzyiq göstərmə halı kimi də qələmə verilir.
Diaspora