Xorvatiyanın Spilt şəhərində keçirilən Muay Tay üzrə Avropa çempionatında 60 kq çəki dərəcəsində yarımfinala çıxmış Azərbaycan idmançısı Alid Məmmədzadə hakimlərin qərəzli qərarı ilə yerli Xorvatiya idmançısına uduzaraq fəxri kürsünün 3-cü pilləsində yer alıb və aktivinə bürünc medal yazdıra bilib.
Bu barədə məlumatı virtualaz.org saytının Şirvan bürosuna A.Məmmədzadənin məşqçisi, 26 yaşlı Şəhriyar İsayev verib.Xatırladaq ki, əvvəlki görüşdə Alid Məmmədzadə ispaniyalı Miqe Brito üzərində layiqli qələbə qazanmış və qardaşlıq məhəbbətini izhar etmək üçün Azərbaycan və Türkiyə bayraqlarını qələbə çaldığı rinqdə birgə qaldırmışdı.
23 oktyabrda açılışı olan yarışda Azərbaycan 1 idmançı ilə təmsil olunub.
Turnirə oktyabrın 29-da yekun vurulacaq.