Braziliyanın əfsanəvi futbolçusu Karlos Alberto Torres dünyasını dəyişib.
Qaziler.az bildirir ki, Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, 72 yaşında infarktdan ölüb.Qeyd edək ki, K.A.Torres Braziliya millisi ilə 53 oyuna çıxıb. Onun kapitanı olduğu yığma 1970-ci ildə dünya çempionatının qalibi olub.
Əlavə edək ki, K.A.Torres 2004-2005-ci illərdə millimizdə baş məşqçilik edib.