Cavid Hüseynov “Qəbələ“də ilk oyununa çıxıb

Cavid Hüseynov “Qəbələ“də ilk oyununa çıxıb backend

"Qəbələ" klubunun bir neçə gün öncə müqavilə bağladığı Cavid Hüseynov bu mövsüm Azərbaycan Premyer Liqasında ilk oyununa çıxıb.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi komandasının "Sumqayıt"la səfər matçının 83-cü dəqiqəsində meydana daxil olub.

O, Asif Məmmədovu əvəzləyib.

Hüseynov sonuncu dəfə 2015-ci il avqustun 6-da Kipr "Apollon"u ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə meydana çıxıb.

Qeyd edək ki, C.Hüseynov ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilmişdi. O, mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən C.Hüseynov oktyabrın 12-də məhkəmə zalından azadlığa buraxılıb.
Diaspora