Türkiyədə “Fənərbaxça” və “Sivaspor” kimi klublarda legioner həyatı yaşayan braziliyalı futbolçu Fabio Bilica həbs edilib. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, öz ölkəsində boşandığı arvadına 17 min dollarlıq alimenti ödəməyən futbolçu getdiyi tədbirdəcə saxlanılıb.
Bilica məbləğin müəyyən hissəsini ödədikdən sonra sonra sərbəst buraxılıb.