Fransa Liqasının 31-ci turunda "Marsel"lə oyunda zədələnən PSJ-nin futbolçusu David Luisin son durumuna aydınlıq gəlib.
Qol.Az-ın "L`Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, matçın 33 dəqiqəsində əzələsini dartan braziliyalı futbolçu oyunu davam etdirə bilməyib.Tibbi müayinədən keçən D.Luisin bir ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Belədə 27 yaşlı futbolçu Fransa kubokunda "Bastiya" və Çempionlar Liqasının 1/4 finalının "Barselona" ilə ilk oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, PSJ - "Barselona" oyunu aprelin 15-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.