İlin ən yaxşı gənc futbolçusu seçildi

İlin ən yaxşı gənc futbolçusu seçildi backend

“Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb. APA-nın məlumatına görə, bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib.

2003-cü ildə “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir.

Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində AVRO-2016-nın qalibi olub. Mayda “Benfika”dan “Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb.
Diaspora