Futbol üzrə İspaniya çempionatında “Valensiya” və “Barselona” komandaları arasında keçirilmiş oyun zamanı insident baş verib.
Qaziler.az Report-a istinadən xəbər verir ki, meydan sahiblərinin azarkeşlərindən biri meydana plastik su qabı tullayıb.Hadisə 3-cü uzatma dəqiqəsində Lionel Messinin penalti ilə qələbə topunu vurmasından sonra yaşanıb. 3:2 hesablı səfər qələbəsinin sevincini qeyd etdikləri vaxt su qabı “Barsa” futbolçularına tərəf tuşlanıb. Nəticədə Luis Suares və Neymar ağrıdan başlarını tutub.
Qeyd edək ki, Lionel Messi həm də 22-ci dəqiqədə ilk qolun müəllifi olub. “Barselona”nın daha bir qoluna 62-ci dəqiqədə Luis Suares imza atıb. “Valensiya”dan isə 52-ci dəqiqədə Munir Əl-Həddadi, 56-cı dəqiqədə Rodriqo fərqlənib.