AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məqşçisi Mirbağır İsayevin istefasını qəbul edib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, artıq yeni çalışdırıcının kimliyi müəyyənləşib. Bu vəzifə 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənova həvalə olunub. Xatırladaq ki, Mirbağır İsayev U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa vermişdi.