Futbol üzrə Uruqvay millisinin və “Barselona” komandasının hücumçusu Luis Suarezə Barselonada təşkil olunan təntənəli mərasimdə “Qızıl buts” mükafatı təqdim edilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu bu mükafata 2015-2016-cı il mövsümündə Avropa milli çempionatlarında ən çox qol (40 top) vurduğuna görə layiq görülüb.L.Suarez 2013-2014-cü il mövsümündə “Liverpul”da oynayarkən “Qızıl buts”a “Real Madrid”in forvardı Kriştiano Ronaldo ilə birgə sahib olmuşdu. Həmin vaxt futbolçular hərəyə 31 dəfə fərqlənmişdilər.