Çempionlar Liqasının finalı Avropadan kənarda keçirilə bilər

Çempionlar Liqasının finalı Avropadan kənarda keçirilə bilər backend

“Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da keçirilə bilər. Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.

“Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq”, - deyə UEFA prezidenti əlavə edib.
Diaspora