"Real Madrid"in dünyaca məşhur futbolçusu Kristiano Ronaldonun 6 yaşlı oğlu Kristianinyo futbola başladı. Kristianinyonun ilk addım atdığı klub isə "Real Madrid" deyil.
Qaziler.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, Ronaldo oğlunu İspaniyada "Pozuelo" adlı kiçik bir kluba göndərib. "Pozuelo"nun 4-3 qazandığı "El Carrascal" matçında ilk oyununa çıxan gənc ulduz namizədi, atası kimi 7 nömrəli formanı geyinir.Son zamanlarda dünya KİV-ləri tərəfindən məşhur futbolçular uşaqlarını bağlı olduqları klubun akademiyalarına göndərmələri ilə bağlı xəbərlərlə gündəmə gəldilər. Zlatan İbrahimoviç ilə Ueyn Runi oğullarını klubun akademiyasına göndəriblər. Ronaldonun seçimi isə diqqət çəkib.
Futbol şərhçiləri bunu belə izah edir: "Ronaldo oğlunun xüsusi statusa sahib olmasını istəmir. O, oğlunu "Real"a gətirmiş olsaydı, orada istər-istəməz Kristianinyoya ayrı diqqət ayrılacaqdı. Səbəb budur".