Yenicə həbsdən azadlığa buraxılan Cavid Hüseynov futbolçu karyerasını bərpa edib. Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi sabiq komandası “Qəbələ” ilə anlaşıb.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Xəbərdə Hüseynovun klubla cari mövsümün sonuna qədər müqavilə imzaladığı bildirilib. O, sabahdan etibarən məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.Hüseynovun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına da müraciət olunub.
Qeyd edək ki, Cavid Hüseynov “Qəbələ”də 40 oyun keçirib, 15 qol vurub.