Kolumbiya millisinin keçmiş futbolçusu Dieqo Osorio narkotik maddələrin qanunsuz dövriyyəsi zamanı yaxalanıb.
Qaziler.az bildirir ki, Apasport.az saytının məlumatına görə, keçmiş futbolçu 1.145 kq kokoini İspaniyaya keçirmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.Keçmiş oyunçu təxminən 40 min funt-sterlinq dəyərində olan narkotiki alt paltarında gizlədibmiş.
Qeyd edək ki, Osorio 1991-1995-ci illər aralığında Kolumbiya millisində forma geyinib.