FİFA-nın adının dəyişdirilməsi və ofisinin köçürülməsi gündəmə gəlib

FİFA-nın adının dəyişdirilməsi və ofisinin köçürülməsi gündəmə gəlib backend

FİFA rəhbərliyi öz adını dəyişdirmə və mənzil-qərargahını İsveçrədən köçürmə variantını müzakirə edib.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino CNN-ə müsahibəsində bildirib.
Lakin o, yekunda bu variantın istisna edildiyini vurğulayıb.
"Elə qüvvələr var ki, görünür, dəyişikliklərin baş verməsini istəmirlər. Mənim üçün onların kimliyinin fərqi yoxdur. Biz islahatlar aparmışıq, işimizi daha şəffaf edirik. Yaxşı idarəetmə sistemi ilə irəliyə hərəkət edirik", - deyə isveçrəli funksioner bildirib.
C.İnfantino FİFA-nın belə hallardan uzaqlaşmağa çalışdığını vurğulayıb: "Keçmişdə olanlar keçmişdə qalmalıdır. Biz həmin səhifəni çevirmişik. Hazırda tam fərqli şəraitdə şəffaf, açıq-aşkar qaydada müxtəlif funksiyaları yerinə yetirən digər insanlarla çalışırıq. Biz buna gələcəkdə də sadiq qalacağıq".
Qeyd edək ki, Canni İnfantino FİFA-ya bu il fevralın 26-dan rəhbərlik edir.
Diaspora