"Almeriya"nın baş məşqçisi Xuan İqnasio Martines komandadan qovulub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışları səbəb olub.
"Almeriya"nın son 7 oyunda bir qələbə qazana bilməməsi rəhbərliyi narazı salıb. Bu səbəbdən rəhbərlik "Levante"yə 1:4 hesablı məğlubiyyətdən sonra Martineslə yolları ayırmaq qərarına gəlib. Komanda müvəqqəti olaraq əvəzedici heyətin baş məşqçisi Miqel Rivera tapşırılıb. Qeyd edək ki, "Almeriya" geridə qalan 29 turdan sonra 25 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.