Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, Gürcüstanın I liqa klubu “Betlemi”nin kapitanı Arçil Partenadze məşq zamanı vəfat edib.
Onun ölümünə səbəb ürəktutması olub. Komandanın məşqçi və futbolçularının sözlərinə görə, Partenadze məşqin gedişində özünü pis hiss edib və yerə yıxılıb. Ürəyi dayanan futbolçu yerindəcə keçinib.Qeyd edək ki, Partenadze karyerası ərzində bundan öncə Batumi “Dinamo”su (2004-2008) və “Adeli” (2011-2014) klublarının formasını geyinib. 2009-cu ildə qısa müddət Minskin “MTZ Ripo” klubunda məşq edib. Məhz ilk dəfə həmin vaxt ürəyindən şikayət edib.
Həkimlər onun ürəyində problem olduğunu bildirsələr də, Partenadze futboldan getməkdən imtina edib.