Qaziler.az Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, 2015-ci il 29 aprel tarixdə Çin Xalq Respublikasının Suzhou şəhərində stolüstü tennis üzrə Dünya çempionatı ərəfəsində Avropa Stolüstü Tennis Birliyinin növbədənkənar Konqresi keçiriləcək.
Konqresin gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir :Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramerin salamlaması.
Gündəliyin qəbul edilməsi.
Prezidentlərin hesabatı.
Maliyyə məsələləri üzrə vitse- prezidentin qeydləri.
Yenilənmiş 2015- ci il üçün İnkişaf Proqramı.
Beynəlxalq qanunvericiliyin yenilənməsi.
2016 – cı il ASTB – nin tədbirləri və növbəti Avropa çempionatları.
Avropa Stolüstü Tennus Birliyinin ŞöhrətZalı.
Digər məsələlər.
Baglanış.
Məlumat üçün bildirək ki , Konqresin işində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse – prezidenti Fazil Məmmədov və baş katibi Səbuhi Mehdizadə iştirak edəcəklər.