"Vincenza" futbol klubunun hücumçusu Kristiano Qalanoya "Virtus Entella" komandası ilə oyunda futbol tarixində ilk dəfə olaraq yaşıl vərəqə alıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, epizod oktyabrın 1-də keçirilən oyunun ikinci hissəsində baş verib. Qalanonun qapıdan aralı vurduğu zərbədən sonra hakim topun "Virtus Entella" oyunçularından birinə toxunduğunu hesab edərək küncdən zərbə təyin edib. "Vincenza"nın forvardı hakimin səhv etdiyinə işarə edib. Küncdən zərbə təxirə salınıb, oyunçuya yaşıl kart göstərilib.Oyunda 4:1 hesabı ilə "Virtus Entella" qalib gəlib.
Xatırladaq ki, 2016/17 mövsümündən "B” seriyasında yaşıl vərəqənin istifadəsi barədə qərar qəbul edilib. Vərəqə meydanda nümunəvi hərəkət edən futbolçulara göstərilir.