2018-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üçün seçmə mərhələsi çərçivəsində II turun son 9 oyunu keçirilib.
Qaziler.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, matçlardan biri də İrəvanda baş tutub. Rumıniya millisi ilə qarşılaşan Ermənistan böyük hesabla məğlub olub. Sarkisyan adına Respublika Stadionunda ev sahibinin qapısından 5 cavabsız qol keçib.Qollar: Boqdan Stanku, 4-penalti ilə. Adrian Popa, 10. Razvan Marin, 12. Nikolae Stankyu; 29. Aleksandru Kipçu, 60.