Millimiz Norveçə qalib gəldi - qrup lideriyik

Millimiz Norveçə qalib gəldi - qrup lideriyik backend

Qaziler.az saytı Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində ikinci oyununda Norveç milli komandasını məğlub edib.

İlk görüşündə səfərdə San Marinonu üstələyən Robert Prosineçkinin komandası ardıcıl ikinci qələbəsini qazanıb və ən yaxın izləyicisi Almaniyanın bu gün Çexiya ilə keçirəcəyi oyunun yekununa qədər qrup lideri olub.

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

II tur

8 oktyabr

20:00 Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 11 (1:0)
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu

Diaspora