AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb

AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb backend

AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb. "Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klubun hamısı təmsil olunur. Bunlar "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl, "Zirə"nin icraçı direktoru Natiq İsmayılov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "İnter"in prezidenti Rəşad Qasımov, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Quluyev, "Neftçi"nin idman direktoru Orxan Hüseynzadə, "Sumqayıt"ın prezidenti Kamran Quliyev və eyni zamanda KK sədri olan AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovdur.

Toplantının gündəliyində 6 məsələ yer alıb:

1. AFFA-nın Lisenziyalaşdırma Qrupununun rəhbəri Elçin Məmmədovla görüş
2. Topaz Premyer Liqasında legioner limiti

3. U-19 liqasının formatının müzakirəsi ("Qəbələ" klubunun təklifi)

4. Aşağı yaş qruplarından ibarət komandaların yarışlarında hakimliyin səviyyəsi

5. Növbəti mövsüm üçün Premyer Liqanı tərk edəcək və I Diviziondan Premyer Liqaya yüksələcək komandaların sayının müzakirəsi

6. Digər məsələlər.
Diaspora