“Bakı” klubu baş məşqçisi İbrahim Uzunca ilə yolları ayırıb.
Qailer.az Qol.Az-a istinadən xəbər verir ki, artıq paytaxt klubunun yeni baş məşqçisinin adı da bəllidir.Komandanı bu gün Premyer Liqanın 27-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyuna “zolaqlılar”ın sabiq çalışdırıcısı Noruz Əzimov çıxaracaq.
Klub rəsmisi Yaşar Seyidovun Qol.Az-a veridiyi məlumata görə, N.Əzimovun bu gün “Bakı”ya rəsmi qaydada baş məşqçi təyin ediləcəyi gözlənilir.
Y. Seyidov istefaya göndərilən İbrahim Uzuncanı işinin öhdəsindən gələ bilməməkdə ittiham edib.