“Qalatasaray“ın keçmiş futbolçusu iflic olub

“Qalatasaray“ın keçmiş futbolçusu iflic olub backend

Türkiyənin “Qalatasaray” və “Trabzonspor” klublarındakı çıxışı ilə tanınan kamerunlu məşhur futbolçu Rigobert Sonqun səhhətində ciddi problemlər yaranıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tanınmış futbolçu iflic olub. Kamerunun Yaunde şəhərində yaşayan futbolçu xəstəxanaya yerləşdirilib.


Sonqla Kamerun millisində birgə oynamış, hazırda Türkiyənin “Antalyaspor” klubunun formasını geyinən Samuel Eto həmyerlisinə dəstək olub: “Böyük qardaşım Sonq, sənə cəsarət və şəfa arzu edirəm”.

Didye Droqba da Sonqa dəstək olduğunu sosial şəbəkədə yazıb: “ Dualarımız səninlədir. Tanrı bu oyunu qazanmaq üçün sənə kömək olacaq. Sən güclüsən, sən aslan kralısan”.
Diaspora