Bu gün Premyer Liqanın VII turunun son qarşılaşması baş tutub.
“Qəbələ” Topaz Premyer Liqada uğurlu çıxışlarını davam etdirir.Qaziler.az-ın məlumatına görə, Qol.az xəbər verir ki, bu gün əsas rəqibi “Qarabağ” üzərində 2:0 hesabı ilə qalib gəlməklə liderliyini daha da gücləndirən “Qəbələ” qapısını növbəti dəfə toxunulmaz saxlayıb.
Roman Qriqorçukun komandası Premyer Liqada ilk 7 turda qapısından bir qol belə buraxmamaqla çempionatımızda yeni rekord müəyyənləşdirib.
Qeyd edək ki, “Qəbələ” ilk 7 turda 19 qol vurub, öz qapısından isə 1 top belə buraxmayıb.