Tarixi etiraf: “Messini öldürmək istədim”

Tarixi etiraf: “Messini öldürmək istədim” backend

Argentinanın əfsanəvi futbolçusu Xuan Sebastiyan Veron “Barselona”lı Messi ilə bağlı etiraf edib. Axar.az xəbər verir ki, Veron 2009-cu ildə Argentinanın “Estudiantes” və İspaniyanın “Barselona” klubları arasında baş tutan oyunda qol vurduğu üçün Messini öldürmək istədiyini deyib:


“Messi qol vuranda onu öldürmək istədim. Bu oyun “Estudiantes” üçün tarixi şans idi”.

Qeyd edək ki, bu komandalar 2009-cu ildə FİFA Dünya Klubları Kubokunun finalında qarşılaşıb. Dramatik keçən oyunda Barselona 1-0 geridə olmasına baxmayaraq, 89-cu dəqiqədə Buskets və 110-cu dəqiqədə Messinin vurduğu qollarla kubokun sahibi olmuşdu.
Diaspora