Təkcə keçmiş SSRİ məkanı və Ukraynanın deyil, dünya futbolunun da ən istedadlı nümayəndələrindən olan Andrey Şevçenkonun yubileyidir. O, 40 yaşını qeyd edir. Andrey Şevşenko 1976-cı ilin sentyabrın 29-da Kiyev şəhərində doğulub. 1997-ci ildən başlayaraq əfsanəvi Valeri Lobanovskinin rəhbərlik etdiyi “Dinamo”nun heyətində möhkəmlənməyə başlayıb.
O, 1999-2006-cı illərdə “Millan”da parlaq çıxışı ilə yadda qalıb (208 oyun, 127 qol). 2004-cü ildə dünyanın ən yaxşı oyunçusu olub.
Şevçenko “Çelsi”də də oynayıb (2006-2009, 48 oyun 9 qol). Bundan sonra yenidən “Milan”a qayıdıb (2008-2009, 18 oyun).
O, futbolçu karyerasının son illərini (2009-2012) yetirməsi olduğu Kiyev “Dinamo”sunda keçirib. 2012-ci ildə Avropa çempionatından sonra futbolçu karyerasına son qoyub.
Şeva Ukrayna millisində 111 oyuna 48 qol vurub.
Hazırda Ukrayna millisinin baş məşqçisidir.