UEFA Bakıda görüş keçirəcək

UEFA Bakıda görüş keçirəcək backend

UEFA futbolçuların peşəkar müqaviləsində nəzərdə tutulan minimum tələblərlə bağlı Bakıda görüş keçirəcək.

Qol.Az-ın xəbərinə görə, bu barədə "Report"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, Avropa Klubları Assosiasiyasının (ECA) nümayəndələri də yer alacaq görüşdə Azərbaycan Premyer Liqasında çıxış edən klublar da iştirak edəcək. Aprelin 8-də baş tutacaq iclasın bir neçə saat davam edəcəyini deyən M.Nərimanoğlu görüşün qapalı keçiriləcəyini qeyd edib.

Hazırda Azərbaycanın 3 klubu - AZAL, "Xəzər Lənkəran" və "Bakı" ECA-nın üzvüdür. "Neftçi" isə fövqəladə üzv statusuna malikdir.

Qeyd edək ki, bir neçə gün öncə ECA-nın İsveçin paytaxtı Stokholmda Baş Assambleyası baş tutub. Həmin görüşdə Bakının AZAL və "Neftçi" klubunun rəsmiləri iştirak edib.
Diaspora