“Qəbələ“ “Sampdoriya“ya uduzdu

“Qəbələ“ “Sampdoriya“ya uduzdu backend

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyada keçirilən beynəlxalq turnirdə ilk oyununu keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Sampdoriya” ilə qarşılaşıb.
Oyunun taleyini bir qol həll edib. Cərimə zərbəsindən fərqlənən italiyalılar 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnir dörd gün (3-6 aprel) davam edəcək. Qalib adı uğrunda 12 komanda üç qrupda mübarizə aparır. Yarımfinala qrup qalibləri və ən yaxşı 2-ci yer sahibi yüksələcək.
Diaspora