19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Bakıda keçirilən 8-ci qrup üzrə mübarizəyə yekun vurulub.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, millimiz qrupda son oyununu Latviyaya qarşı keçirib.Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupu 3 xalla 3-cü pillədə başa vuran millimiz mübarizəni dayandırıb.