Futbol üzrə İtaliya A Seriyası 18 komandanın iştirakı ilə keçirilə bilər. "Report"un məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio "Football Italia" nəşrinə açıqlamasında bildirib.
Federasiya rəhbəri komanda sayının azalacağı təqdirdə, səviyyənin yüksələcəyini bildirib: "Bu həftə liqanın nümayəndələri ilə görüşüm olacaq. Bu suala aydınlıq gətirmək üçün bir araya gələcəyik. Asan iş olmayacaq".Qeyd edək ki, hazırda A Seriyasında 20 komanda çıxış edir.