Futbolçunun açıqlamaları "İmperator" ləqəbli mütəxəssisi özündən çıxardıb.
Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, Ardanın NTV-yə müsahibəsi futbol dünyasında bomba effekti yaradıb. Məlumata görə, Terim bu açıqlamalara çox əsəbləşib. İndi onun oktyabr ayında Ardanı milliyə çağırıb-çağırmayacağı maraq kəsb edir.Arda Turanın müsahbəsindəki bəzi fikirləri təqdim edirik.
- Yatmışdım. Telefonum 50 dəfə zəng çaldığından "ya öldüm, ya da milli komandaya çağrılmadım" dedim. Futbolda belə şeylər olur. Məni kim pul hərisi, mükafat davası aparan adlandırdısa, hesabı ondan istəyəcəm. Sözlərimin arxasındayam. Komanda yoldaşlarımın suallarına cavab vermək üçün mükafat məsələsini soruşmalı idim. Biz heç kimdən mükafat istəmirik. Biz heç kimin vergisindən pul almırıq. Qazandığımız pulların yanında o mükafat heç nədi. Həyatımız boyu pulla, mükafatla bazarlıq etmədik, heç kimdən pul tələb etmədik. Bütün bunlar böhtandır.
- Baş məşqçimiz çox gözəl şeylər söylədi. "Mənim onların üstündə çox əməyim" var idi. Əyəyinə sayğım sonsuzdu. Amma biz də onun zəhmətinə aslanlar kimi oynayaraq qarşılıq verdik. 6 ay oynamamışdım, ayağımda da zədə var idi. Gedib Bodrumda Fatih Terimlə danışdım. "Barselona" oynamağımı istəmirdi. Amma mən fədakarlıq edib oynamaq istədim. O zədənin ağrısını hələ də çəkirəm. Biz hər şərt altında vətən üçün fədakarlıq etmiş insanlarıq.
Mənim baş məşqçimizə hörmətim sonsuzdu. Amma bizim üzr istəməli odlduğumuzu kimi bir hərəkət etdiyimizi xalqa göstərməka doğru leyil. Niyyətimdə əsla pislik olmayıb.
Bizi milli komandaya çağırmaya bilərlər. Ordakı oyunçular bizim qardaşlarımızdı. Bir problem varsa, onu üz-üzə danışıb həll etmək lazımdı. Dava hər gün olur. Mən getdiyim gündən dava var. Bizi uğurlu oynamışıq. 15 matçda uduzmayıb, Fransaya gedərək Xorvatiya və İspaniyaya uduza bilərsən. Meydandakı problemlərə baxmalıyıq.
Mən o formanı 12 yaşımdan şərəflə geyinmişəm. Bundan sonra geyinməsək problem olmaz. Bununla bağlı Fatih Terimlə heç nə danışmamışın. Mən ona deyəcəklərimi uşaq vaxtından üzünə demişəm. Mətbuat konfransı keçirdi. Mən heç nə danışmadım. Çünki millinin oyunları var idi. Bəzi sözlər ağır gəldi. Hər kəsin atası, anası, uşağı var. Bu sözləri kimsə qəbul etməz.
İnsanlığımıza yönəlmiş sözlər deyilirsə, bu bizi incidər. Federasiyadan, milli komandadan kimsə zəng edib "belə şeylər ola bilər, üzülmə övladım" demədi.