UEFA "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin ilk tur matçındakı erkən qolun dəqiq vaxtını qeydə alıb. Avropa futbol qurumu qonaq komandanın futbolçusu Yan Sikoranın endirdiyi zərbəsinin 10.69-cu saniyədə tora daxil olduğunu açıqlayıb.
Bu, Avroliqada ən erkən qol olub. Əvvəlki rekord 2015-ci il martın 12-də "Vilyarreal"la görüşdə fərqlənmiş "Sevilya"nın futbolçusu Vitoloya məxsus idi.
Avropa Liqasının ən sürətli qolları:
10.69 Yan Sikora ("Qarabağ" - "Slovan" - 2:2) 15/09/2016
13.21 Vitolo ("Vilyarreal" - "Sevilya" - 1:3) 12/03/2015
15.19 İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009
16.88 Keyta Balde ("Ludoqorets" - "Latsio" - 3:3) 27/02/2014
18.18 Xuan Mata ("Valensiya" - "Brügge" - 3:0) 25/02/2010
19.19 Serxio Aquero ("Mançester Siti" - "Porto" - 4:0) 22/02/2012 (“Report”)